16:57 02-02-2021
news_image
911
FUTBOL

Ağayevlərin qayıdışına davam – bu dəfə Səlahət

“Neftçi”nin qapıçısı Səlahət Ağayev uzun müddətdən sonra rəsmi matça çıxacaq.

Apasport.az saytının məlumatına görə, təcrübəli əlcək sahibi Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Zirə” ilə görüşünün protokolunda start heyətdə yer alıb.

Bu, Ağayevin mövsümdə ilk matçı olacaq. Səlahət sonuncu dəfə martın 7-də “Sabah”la Premyer Liqanın ötən mövsümki qarşılaşmasında şans qazanmışdı. 

“Ağ-qaralar”ın 4 cavabsız qolla qalib gəldiyi matçın 60-cı dəqiqəsində meydana daxil olan qolkioper Aqil Məmmədovu əvəzləmişdi. Beləliklə, Səlahət 331 günlük fasilədən sonra şans qazanacaq.

Qeyd edək ki, dünən daha bir qapıçı – Kamran Ağayev uzun fasilədən sonra meydana dönüb. “Səbail”in qolkiperi “Sumqayıt”la səfər matçına (1:0) çıxmaqla 673 günlük fasiləyə son qoyub.