
00:16
"Qarabağ" klubunda təyinat gerçəkləşib.
Apasport.az xəbər verir ki, klub rəsmi saytı vasitəsilə yeni mətbuat xidmətinin rəhbərinin adını açıqlayıb.
Azərbaycan çempionunda uzun müddətdir boş qalmış bu vəzifə tanınmış jurnalist Gündüz Abbaszadəyə həvalə olunub. O, feysbuk səhifəsindəki paylaşımına görə futbol fəaliyyətindən ömürlük uzaqlaşdırılan Nurlan İbrahimovu əvəzləyib.
Qeyd edək ki, Gündüz Abbaszadə əvvəllər “Neftçi”də mətbuat katibi vəzifəsini icra edib.