22:15 02-02-2021
news_image
251
FUTBOL

3 qol – 46 zərbəyə

Futzal üzrə Avropa çempionatının seçmə mərhələsinin Yunanıstan - Azərbaycan matçının statistikası açıqlanıb.
 
Apasport.az saytının məlumatına görə, UEFA III qrupun ikinci tur görüşünün statistik göstəricilərini hesablayıb.

Afinadakı oyun millimizin üstünlüyü şəraitində keçib. Bu, hesabda da öz əksini tapıb. Yığmamızın matç ərzində 46 zərbəsindən 16-sı çərçivəyə düşüb. Bunun fonunda cəmi 3 qol yunanlar üçün təsəlli olmalıdır. 

Yunanıstan - Azərbaycan
Qollar – 0:3
Zərbələr – 11:46
Çərçivəyə zərbələr – 4:16
Çərçivəyə düşməyən zərbələr – 5:20
Bloklanan zərbələr – 2:10
Künc zərbələri – 2:13
Sarı vərəqələr – 2:0
Qayda pozuntuları – 6:3

Qeyd edək ki, qrupun digər matçında Slovakiya ilə Moldova 4:4 hesablı bərabərə qaldığından, millimiz 6 xalla vahid liderliyi ələ keçirib.

1

Azərbaycan

2

2

0

0

7-1

6

2

Moldova

2

1

1

0

7-5

4

3

Slovakiya

2

0

1

1

5-8

1

4

Yunanıstan

2

0

0

2

1-6

0