
00:16
İngiltərənin “Mançester Siti” klubunun hücumçusu Serxio Aqueronun dönüşü gecikəcək.
Apasport.az saytının məlumatına görə, argentinalı forvard daha 3-4 həftə komandasına kömək edə bilməyəcək.
Koronavirusa yoluxan tanışı ilə təmasda olduğu üçün yanvarın 10-da karantinə alınan Aqueronun ötən ayın 21-də testi pozitiv çıxmışdı. Hələ də bu xəstəliyin təsirindən qurtula bilməyən 31 yaşlı oyunçu yanvarın 31-də trenajor zalında məşqlərə başlasa da, yanvarın sonlarına qədər tam hazır olmayacaq.
Qeyd edək ki, Serxio Aquero zədə səbəbindən bu mövsüm Premyer Liqada cəmi 5 oyun keçirib.