09:33 03-02-2021
news_image
382
FUTBOL

128 ildən sonra – Premyer Liqada

İngiltərənin “Mançester Yunayted” klubu Premyer Liqanın XXII turunda “Sauthempton”u 9:0 hesabı ilə darmadağın edib.

Apasport.az saytının məlumatına görə, Mançester təmsilçisi rəsmi martçlarda 26 ildən sonra 9 və ya daha çox top fərqi ilə qalib gəlib.

Sonuncu belə nəticə 1995-ci il martın 4-də qeydə alınıb. Həmin gün “Mançester Yunayted” “İpsviç”i 9 cavabsız qolla üstələyib.

Ötən mövsümün X turunda “Lester”ə 0:9 hesabı ilə uduzan “Sauthempton” 1 il 3 ay intervalla iki ağır məğlubiyyət alıb. İngiltərə çempionatları tarixində bir komandanın 2 il ərzində iki dəfə 9 və ya daha çox top fərqi ilə uduzmasına sonuncu dəfə 128 il əvvəl təsadüf olunub.

“Darven” 1892-ci ilin aprelində “Vest Bromviç”ə 0:12, bir il səkkiz ay sonra – 1893-cü ilin dekabrında “Aston Villa”ya 0:9 hesabı ilə uduzub.

“Sauthempton”la görüşdə bir dəfə fərqlənən Markus Reşford “Mançester Yunayted”dəki qol sayını 83-ə çatdırıb. O, bu göstəricidə aktivində 82 qol olan əfsanəvi Erik Kantonanı arxada qoyub. Markusu Devid Bekhemdən iki top ayrır. Mütləq rekord isə Ueyn Runiyə məxsusdur – 253 qol.