11:32 03-02-2021
news_image
554
FUTBOL

30-cu qələbə - evdə

“Keşlə” Azərbaycan kubokunda 30-cu ev qələbəsini qazanıb. 

Apasport.az saytının məlumatına görə, bu, 1/4 finalın “Kəpəz”lə ilk oyununa təsadüf edib. 

1:0 hesabı ilə qalib gələn paytaxt təmsilçisi öz meydanında yubiley uğuruna sevinib. Bakılılar ölkə kubokunda 1997/98 mövsümündə debüt edib. Komanda turnirdə əvvəl “Xəzər Universiteti”, sonra “İnter” adı altında mübarizə aparıb. Paytaxt təmsilçisinin ilk ev qələbəsi isə yalnız 2001/02 mövsümünə təsadüf edib.

Qeyd edək ki, ölkə kubokunda ən çox ev qələbəsi olan komanda “Qarabağ”dır. Ağdamlıların 56 qələbəsi var.