11:34 03-02-2021
news_image
977
FUTBOL

300-ə çatdı - Qurban Qurbanovla

“Qarabağ” baş məşqçisi Qurban Qurbanovun rəhbərliyi altında 300-cü qələbəsini qazanıb. 

Apasport.az saytının məlumatına görə, yubiley Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyununa təsadüf edib. 

Öz meydanında “Qəbələ”ni 3:1 hesabı ilə məğlub edən Ağdam təmsilçisi 49 yaşlı mütəxəssislə yubiley uğuruna imza atıb.

Qeyd edək ki, 2008-ci ilin yayından “Qarabağ”ı çalışdıran Qurbanov bu müddətdə komandanı 543 matça çıxarıb. Qələbələrdən 223-ü Premyer Liqaya, 34-ü ölkə kuboku, 43-ü avrokuboklara təsadüf edib.