12:58 03-02-2021
news_image
322
FUTBOL

Vinisiusu satır – “Real”

İspaniyanın “Real” klubu futbolçusu Vinisius Juniorla yollarını ayırmağı planlaşdırır.

Apasport.az saytının məlumatına görə, heyətə düşməkdə çətinlik çəkən 20 yaşlı yarımmüdafiəçinin yayda Madrid təmsilçisini tərk edəcəyi gözlənilir.

Baş məşqçi Zinəddin Zidan da artıq futbolçuya güvənmir. 2021-ci ildə cəmi 176 dəqiqə meydana çıxan oyunçunun satışı koronavirus pandemiyasından dəyən zərərin bir qismini kompansasiya edəcək.

Qeyd edək ki, Vinisius cari mövsüm La Liqada keçirdiyi 17 oyunda 2 qol vurub.