13:05 03-02-2021
news_image
379
FUTBOL

Kavanini itirdi – “Mançester Yunayted”

İngiltərə Premyer Liqasının XXII turunda “Sauthempton”u darmadağın edən (9:0) “Mançester Yunayted” bir itki ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, matçın ilk hissəsində hücumçu Edinson Kavani fərqlənib.

Görüşdə 4-cü qolun müəllifi olan Uruqvay millisinin üzvü fasilədən dərhal sonra yerini Antoni Marsiala verib. “Qırmızı şeytanlar”ın rəsmi saytında Kavaninin topuğundan zədə aldığı, lakin durumu barədə tibbi müayinədən sonra məlumat veriləcəyi yazılıb.

Qeyd edək ki, “Mançester Yunayted” 44 xalla Premyer Liqada 2-ci pillədə qərarlaşıb.