13:47 03-02-2021
news_image
389
FUTBOL

Yeni müqavilə təklifi – “Çelsi”dən

İngiltərənin “Çelsi” klubu yarımmüdafiəçisi Jorjinyo ilə bağlı qərarını verib.

Apasport.az saytının məlumatına görə, London təmsilçisinin yeni baş məşqçisi Tomas Tuxel İtaliya millisinin üzvünü sərəncamında görməkdə maraqlıdır.

Bu səbəbdən “zadəganlar” Braziliya əsilli orta sahə oyunçusuna yeni müqavilə təklif edib. 30 yaşlı vitse-kapitanın meneceri ilə danışıqlara artıq başlanılıb. Tərəflər sözləşmə müddətinin 2025-ci ilin yayına qədər uzadılmasını müzakirə edir.

Qeyd edək ki, Jorjinyo “Çelsi”yə 2018-ci ildə İtaliyanın “Napoli” klubundan keçib.