
12:16
Azərbaycan Premyer Liqasında XV turun oyun cədvəli açıqlanıb.
Apasport.az saytının məlumatına görə, çempionatın III dövrəsinin matçları fevralın 13-14-də keçiriləcək.
Turun mərkəzi qarşılaşmasında ölkənin iki ən titullu klubu – “Qarabağ”la “Neftçi” üz-üzə gələcək. İki günü əhatə edəcək turun bütün görüşləri “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.
Azərbaycan Premyer Liqası
XV tur
13 fevral (şənbə)
16:00. “Sumqayıt” – “Səbail”
“Kapital Bank Arena”
18:30. “Qarabağ” – “Neftçi”
Tofiq Bəhramov adına Respublika Stadionu
14 fevral (bazar)
15:00. “Qəbələ” – “Keşlə”
Qəbələ şəhər stadionu
17:00. “Zirə” – “Sabah”
Zirə İdman Kompleksinin stadionu