15:49 03-02-2021
news_image
397
FUTBOL

İki hakim ömürlük kənarlaşdırılsın – Premyer Liqa klubundan tələb

İngiltərənin “Sauthempton” klubu iki hakimdən şikayət edib.

Apasport.az saytının məlumatına görə, klub rəhbərliyi bununla bağlı Futbol Assosiasiyasına müraciət ünvanlayıb.

“Sauthempton” Mayk Din və Li Meysonun hakimlikdən ömürlük kənarlaşdırılmasını tələb edib. Premyer Liqa klubu bu ədalət təmsilçilərinin son oyunlardakı qərarlarından ciddi narazıdır. Klub Dini “Mançester Yunayted”lə görüşdə qırmızı vərəqəni haqsız yerə verməkdə ittiham edir. Meyson isə “Aston Villa” ilə matçda penaltini verməməkdə günahlandırılır.

Qeyd edək ki, “Sauthempton” hazırda Premyer Liqanın turnir cədvəlində 12-ci yerdə qərarlaşıb.