16:37 03-02-2021
news_image
432
FUTBOL

Premyer Liqa klubundan imtina etdi – “Barselona”nın hücumçusu

İspaniyanın “Barselona” klubunun futbolçusu Martin Braytueyt karyerasını İngiltərədə davam etdirməkdən imtina edib.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi “Vest Bromviç” qış transfer dövründə 29 yaşlı danimarkalını sonradan almaq hüququ ilə mövsümün sonunadək icarəyə götürmək istəyib.

Lakin Braytueyt bu təklifi qəbul etməyib. O, belə addımı “Barselona”da əsas heyətə düşmək uğrunda mübarizə aparmaq niyyəti ilə bağlayıb.

Qeyd edək ki, Martin cari mövsümdə 25 oyun keçirib və 6 qol vurub.