16:41 03-02-2021
news_image
241
FUTBOL

Yeni təyinatlar - Azərbaycan millisində

Kata üzrə Azərbaycan milli komandalarının məşqçilər heyətində növbəti təyinatlar olub.

Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Karate Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Para-Karate və 14-15 yaşlı kata seçmə komandalarının hazırlanması işlərinə təcrübəli idmançılar cəlb olunub. Bundan sonra böyüklərdən ibarət kata milli komandasının üzvləri İsmayıl Quliyev Para-Karate üzrə, Tural Balcanlı isə 14-15 yaşlı yeniyetmələrin fərdi kata çıxışları üzrə köməkçi məşqçi işləyəcək.

Qeyd edək ki, kata komandalarının baş məşqçisi Vahid Ayvazov, böyük məşqçisi Vüqar Kərimov, məşqçisi isə Anar Əhmədovdur.