17:05 03-02-2021
news_image
421
FUTBOL

Bir futbolçusu sağaldı – “Liverpul”un

İngiltərənin “Liverpul” klubunun zədəli futbolçularından biri sağalıb.

Apasport.az saytının məlumatına görə, hücumçu Dioqo Jota artıq məşqlərə başlayıb.

DÇ-2022-nin seçmə mərhələsində Azərbaycanla eyni qrupda yer alan Portuqaliya millisinin forvardı 2 aylıq həsrətdən sonra fərdi məşqlərə start götürüb. Onun yaşıl meydançalara dönmə tarixi bərpa prosesindən asılı olacaq.

Qeyd edək ki, “Liverpul”da müdafiəçilər Vircil van Deyk, Co Qomes və Joel Matip uzun müddətdir zədədən əziyyət çəkir.