17:22 03-02-2021
news_image
244
FUTBOL

Messinin “Barselona”da qalacağına əmin deyil - Kuman

“Messinin “Barselona”da qalacağına əmin deyiləm. Əlbəttə, mən buna ümid edirəm”.

Apasport.az saytının məlumatına görə, bunu İspaniyanın “Barselona” klubunun baş məşqçisi Ronald Kuman deyib.

Niderlandlı mütəxəssis komandanın ulduz futbolçusu Lionel Messinin gələcək karyerası barədə fikirlərini açıqlayıb. Kuman “Mançester Siti” və PSJ-nin hədəfində olan argentinalının qalmasını istəyir: “Çünki Lionel əvvəlki kimi əla oyunçudur və bizim üçün, komanda üçün qələbələr qazanır. Ona məşq keçmək xoşuma gəlir. Hər gün hazırlıq prosesində onun keyfiyyətlərini görmək inanılmazdır. Messi “Barselona”ya uşaq ikən gəlib. Mən hələ də onu başqa komandanın formasında təsəvvür edə bilmirəm”.

Qeyd edək ki, Messinin müqaviləsi iyunun 30-da başa çatacaq.