
00:00
İngiltərə millisinin və “Çelsi”nin sabiq futbolçusu Con Terri “Bornmut”un baş məşqçisi ola bilər.
Apasport.az saytının məlumatına görə, Çempionşip təmsilçisi London klubunun əfsanəsini baş məşqçi postuna gətirməyi planlaşdırır.
“Bornmut” cəmi 6 ay fəaliyyətdən sonra istefaya göndərilən Ceyson Tindalla əvəzləyici axtarışına başlayıb. Klub rəhbərliyinin bu posta əsas namizədi Terridir.
Qeyd edək ki, Terri hazırda “Aston Villa”da Din Smitin məşqçilər korpusunda yer alıb.