21:07 03-02-2021
news_image
165
FUTBOL

“Neftçi-2”yə uduzdu - milli

Bakıda təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi hazırlıq çərçivəsində növbəti yoxlama oyunu keçirib.

Apasport.az saytının məlumatına görə, Samir Əliyevin kollektivi “Neftçi”nin ikinci komandası ilə qarşılaşıb.

Görüş “Neftçi-2”nin 1:0 hesablı qələbəsi ilə nəticələnib.

Qeyd edək ki, U-19 yanvarın 31-də birinci divizion təmsilçisi “Qaradağ Lökbatan”la keçirdiyi ilk yoxlama görüşündə 3:0 hesablı qələbə qazanıb.