21:30 03-02-2021
news_image
197
FUTBOL

Avropada onilliyin simvolik komandasını açıqladı - İFFHS

Avropada son 10 ilin simvolik komandası müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) qitədən olan ən yaxşı “11-liy”i formalaşdırıb.

Onilliyin komandasında ən çox futbolçu ilə Almaniya təmsil olunub (3). Onlardan Filipp Lam karyerasını başa vurub. Yaponiyada çıxış edən Andres İnyesta isə uzun illər “Barselona”nın şərəfini qoruyub.

Simvolik komanda: Manuel Noyer (“Bavariya”, Almaniya), Filipp Lam (karyerasını bitirib, “Bavariya”, Almaniya), Serxio Ramos (“Real”, İspaniya), Vircil van Deyk (“Liverpul”, Niderland), Leonardo Bonuççi (“Yuventus”, İtaliya), Toni Kroos (“Real”, Almaniya), Andres İnyesta (“Vissel Kobe”/”Barselona”, İspaniya), Luka Modriç (“Real”, Xorvatiya), Kevin De Bruyne (“Mançester Siti”, Belçika), Kriştianu Ronaldo (“Yuventus”, Portuqaliya), Robert Levandovski (“Bavariya”, Polşa).

Qeyd edək ki, İFFHS Kriştianu Ronaldonu Avropada son 10 ilin ən yaxşı futbolçusu seçib.