22:29 03-02-2021
news_image
114
FUTBOL

Ən yaxşı qış transferləri – Premyer Liqa tarixinin

İngiltərə Premyer Liqası tarixinin ən yaxşı qış transferi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, BBC-nin apardığı səsvermənin qalibi “Mançester Yunayted”in yarımmüdafiəçisi Bruno Fernandes olub.

Respondentlərin 31 faiz səsini toplayan portuqaliyalı futbolçu Nemanya Vidiç, Patris Evra (hər ikisi “Mançester Yunayted"), Vircil van Deyk, Luis Suares, Filipp Koutinyo (hamısı “Liverpul”), Pyerr-Emerik Obameyanq (“Arsenal”), Nemanya Matiç, Qari Keyhill (hər ikisi “Çelsi”) və Şeymus Koulmanı (“Everton”) qabaqlayıb.

Vircil van Deykin “Liverpul”a (26 faiz), Nemanya Vidiçin isə “Mançester Yunayted”ə (15 faiz) keçidi müvafiq olaraq 2-3-cü yerləri tutub.

Qeyd edək ki, Bruno Fernandes “Mançester Yunayted”ə 2020-ci ilin yanvarında 55 milyon avro qarşılığında “Sportinq”dən keçib.