23:04 03-02-2021
news_image
189
FUTBOL

Ölümdən döndü – ulduz futbolçu

İtaliyanın “Napoli” klubunun futbolçusu Dris Mertens böyük faciədən qurtulub.

Apasport.az saytının məlumatına görə, belçikalı hücumçunun içində olduğu xüsusi təyyarənin uğursuz eniş etməsi həyəcanlı anlara səbəb olub.

Ulduz futbolçu topuğundan aldığı zədədən sonra reabilitasiyasına davam etmək üçün Antverpenə qayıtmaq qərarına gəlib. Güclü yağış səbəbindən pilotlar təyyarəni uçuş zolağında saxlaya bilməyiblər. “Hava gəmisi” otların üstünə düşərək dayanıb. Xoşbəxtlikdən heç kim xəsarət almayıb.

Qeyd edək ki, Dris Mertens 2013-cü ildən “Napoli”də çıxış edir.