23:41 03-02-2021
news_image
114
FUTBOL

Apellyasiya şikayəti edəcək – “Arsenal”

“Arsenal” İngiltərə Premyer Liqasının XXII turunda “Vulverhempton”la görüşdə müdafiəçisi David Luizin meydandan qovulmasından narazıdır.

Apasport.az saytının məlumatına görə, London təmsilçisi bununla bağlı apellyasiya şikayəti edəcək.

Braziliyalının ilk hissənin sonlarında cərimə meydançasında rəqibə qarşı qayda pozuntusu baş hakim Kreyq Pouson tərəfindən sonuncu ümid foulu kimi qiymətləndirilib. Lakin “topçular” hesab edir ki, həmin epizodda müdafiəçi təmasdan qaçmaq üçün istiqamətini dəyişərkən dizi Villian Jozeyə dəyib və bu, qəsdən edilən kobudluq deyil.

Qeyd edək ki, “Vulverhempton”a səfərdə 1:2 hesabı ilə uduzan “Arsenal”da 72-ci dəqiqədə qapıçı Bernd Leno da qırmızı vərəqə alıb.