
00:00
İngiltərənin “Liverpul” klubu ardıcıl üçüncü ev oyununda qola həsrət qalıb.
Apasport.az saytının məlumatına görə, Yurgen Kloppun yetirmələri Premyer Liqanın “Brayton”la matçında 0:1 hesabı ilə uduzub.
XX turdakı qolsuzluqla mersisaydlılar 37 il əvvəlki uğursuzluğu təkrarlayıb. “Liverpul” sonuncu dəfə 1984-cü ilin oktyabrında ardıcıl üç ev görüşündə qol vurmamışdı.
Qeyd edək ki, Kloppun yetirmələrinin evdəki qol həsrəti 348 dəqiqəyə çatıb.