09:49 04-02-2021
news_image
311
FUTBOL

Sevgi etirafı – Neymardan

Braziliya millisinin futbolçusu Neymar şərəfini qoruduğu Fransa təmsilçisi PSJ-yə münasibətini açıqlayıb.

Apasport.az saytının məlumatına görə, 28 yaşlı hücumçu paylaşımında Liqa1 təmsilçisinə olan sevgisini bəyan edib.

Neymar sevgi etirafı qısa və konkret olub: “Mən səni sevirəm – PSJ”.

Qeyd edək ki, Neymar 2022-ci ilin yayında başa çatacaq müqaviləsini uzatmağa razılıq verib. Yeni anlaşmanın uzunmüddətli olacağı gözlənilir.