10:25 04-02-2021
news_image
480
DİGƏR NÖVLƏR

Püşkatma təxirə salındı – koronavirusa görə

Tennis üzrə Avstraliya açıq çempionatının püşkatması təxirə salınıb.

Apasport.az saytının məlumatına görə, buna koronavirus pandemiyası səbəb olub.

Təşkilatçılar bu gün keçirilməli olan tədbiri sabah təyin edib. İdmançıların Melburnda məskunlaşdığı oteldə qeydə alınan yoluxma üzündən belə addım atılıb.

Oteldəki bütün idmançı və personal təcrid olunub. Onların hamısı yenidən test verəcək. Yoluxanlarla təmasda olanların təxmini sayı 500-600 nəfərdir.

Turnirin direktoru Kreyq Tili bunun yarışa təsir etməyəcəyinə əmindir. O bildirib ki, çempionat planlaşdırıldığı kimi fevralın 8-də başlayacaq.