10:32 04-02-2021
news_image
380
FUTBOL

“Messinin PSJ-yə gəlmək şansı çoxdur” – Di Mariya

Fransanın PSJ klubunun yarımmüdafiəçisi Anxel Di Mariya həmyerlisi Lionel Messinin mümkün transferini dəyərləndirib.

Apasport.az saytının məlumatına görə, ulduz futbolçu İspaniya təmsilçisi “Barselona”nın kapitanı ilə eyni klubda oynamaq şansının yüksək olduğunu düşünür.

O, bunun üçün mövsümün sonunu gözləməli olacaqlarını bildirib: “Ümid edirəm ki, bu baş verəcək. Messinin PSJ-yə keçmək şansı çoxdur. Sakit qalmalıyıq, necə olmalıdırsa, o da baş verəcək”.

Qeyd edək ki, Anxel Di Mariya və Lionel Messi Argentina millisində çiyin-çiyinə çıxış edir. “Barselona” ilə müqavilə müddəti mövsümün sonuna qədər olan Leo ilə PSJ və İngiltərə klubu “Mançester Siti” maraqlanır.