10:36 04-02-2021
news_image
439
FUTBOL

Vandalizmlə üzləşdi - hücumçunu satan klub prezidenti

Portuqaliyanın “Braqa” klubunun prezidenti Antonio Salvador xoşagəlməz halla üzləşib.

Apasport.az saytının məlumatına görə, klubun azarkeşləri portuqaliyalı funksionerin evinə hücum ediblər.

Fanatların vandallığına futbolçu satışı səbəb olub. “Braqa” hücumçusu Paulinyonu “Sportinq”ə satıb. Klubun azarkeşləri 28 yaşlı oyunçunun keçidindən böyük narazılığını Salvadora qarşı vandalizmlə nümayiş etdirib.

Qeyd edək ki, Paulinyo cari mövsümün 24 oyununda 10 qol vurub.