13:23 04-02-2021
news_image
1758
TOP OYUNLARI

6 voleybolçu arasında 6-cı – Polina Rəhimova

Beynəlxalq Voleybol Federasiyasının (FİVB) Atletlər Komissiyasına seçkilərin nəticələri açıqlanıb.

Apasport.az saytının məlumatına görə, 2024-cü ilədək komissiyada təmsil olunmağa 16 namizəddən beşi üzv seçilib.

Qadınlardan ibarət Azərbaycan millisinin sabiq hücumçusu Polina Rəhimova seçkilərdə uğursuzluqla üzləşib. Milliləşən legioner 452 respondentdən yalnız 18-nin səsini toplayıb. Polina 3,98 faiz səslə 6 qadın voleybolçu arasında sonuncu yeri tutub.

Qadınlar arasında ən çox – 37,17 faiz səs yığan Cordan Larson (ABŞ) komissiyaya üzv olub. Kişi voleybolunda Samuele Papi (İtaliya), qadınların çimərlik voleybolunda Madeleyn Meppelink (Niderland), Coşua Binstok (Kanada) də komissiyaya üzv olub.

5-ci üzv adına açıq səsvermədə Anuk Verge-Depre (İsveçrə) sahib olub. Burada 348 səsdən yalnız 3-nü toplayan Polina 0,86 faizlik göstərici ilə 16 nəfər arasında sonuncu olub.

Qeyd edək ki, 10 nəfərdən ibarət olan Atletlər Komissiyasında 5 üzv səsvermə ilə müəyyənləşirsə, digər 5 nəfəri FİVB prezidenti təyin edəcək.