14:25 04-02-2021
news_image
511
FUTBOL

Biri ilə müqaviləni dondurdu, biri ilə uzadır – “Qalatasaray”

Türkiyənin “Qalatasaray” klubu hücumçusu Rayan Babellə yeni müqavilə imzalayacaq.

Apasport.az saytının məlumatına görə, bu, niderlandlı futbolçunun növbəti matçından sonra reallaşacaq.

35 yaşlı forvardın “cim-bom”la müqaviləsində yer alan bəndə əsasən, o, mövsüm ərzində 20 görüşdə meydana çıxarsa, yaya qədər olan sözləşmə müddəti avtomatik 1 illik uzadılacaq. “Başakşəhər”lə son görüşdə (3:0) 19-cu oyununu keçirən Babel daha bir qarşılaşmada iştirak etdikdən sonra həmin bənd qüvvəyə minəcək. Oyunçunun gələn mövsüm üçün məvacibi 2,5 milyon avro olacaq.

Babeldən fərqli, zədədən əziyyət çəkən norveçli yarımmüdafiəçi Omar Elabdellaui ilə müqavilə dondurulub.

Qeyd edək ki, Rayan Babel bu mövsüm 4 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.