14:40 04-02-2021
news_image
242
FUTBOL

“Arsenal”la “Tottenhem”in hədəfində - “Ayntraxt”ın müdafiəçisi

Almaniyanın “Ayntraxt” klubunun futbolçusu Evan Ndik karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, müdafiəçi “Arsenal” və “Tottenhem”in maraq dairəsindədir.

London təmsilçiləri 21 yaşlı fransalını yayda transfer etməyi planlaşdırır. Müdafiəçinin qiyməti 22,5 milyon avro ilə dəyərləndirilir.

Qeyd edək ki, Evan cari mövsüm 12 oyunda 1 qol vurub.