
00:00
19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik olub.
Apasport.az saytının məlumatına görə, Bakıda təlim-məşq toplanışında olan yığmaya daha iki futbolçu çağırılıb.
Bunlar “Qarabağ”dan Vaqif Yeqanov və “Neftçi”nin üzvü Ramin Tağıyevdir. Onlar millinin hazırlığına cəlb olunub. Futbolçular COVID-19 testi verdikdən sonra hazırlıq prosesinə qoşulacaq.