
00:07
AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
Apasport.az saytının məlumatına görə, yığıncaqda Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunlarında baş verənlər müzakirə olunub.
“Sumqayıt”la oyunda stadiona gələrkən gecikdiyi üçün “Səbail” 800 manat cərimələnib. “Keşlə” ilə matçda 4 futbolçusu sarı vərəqə ilə cəzalanan “Kəpəz”in də cəriməsi eyni olub.