16:36 04-02-2021
news_image
736
FUTBOL

“Sumqayıt”la oyuna niyə gecikib? – “Səbail”

“Səbail”in Azərbaycan kubokunun 1/4 final mərhələsində “Sumqayıt”la səfər oyununa gecikməsinin səbəbi məlum olub.

Paytaxt təmsilçisinin mətbuat xidmətinin rəhbəri Mehriban Mürsəlova apasport.az saytına açıqlamasında bunu tıxacla əlaqələndirib.

Klub rəsmisi bildirib ki, matça komandadan tez yollanan nümayəndələr də eyni problemlə üzləşiblər: “Biz özümüz buradan saat 1-də çıxmışdıq, dəhşətli dərəcədə tıxac var idi. Bu səbəbdən gecikdik. Sumqayıta bir saat yarımdan çox vaxta gedib çatdıq. Həmin an komandaya da zəng vuraraq onları tıxacla bağlı məlumatlandırdıq ki, gecikməsinlər”.

Qeyd edək ki, AFFA İntizam Komitəsi fevralın 1-də keçirilən görüşə gecikdiyi üçün “Səbail”i 800 manat məbləğində cərimələyib. Oyun paytaxt təmsilçisinin 1:0 hesablı səfər qələbəsi ilə başa çatıb.