17:59 04-02-2021
news_image
266
FUTBOL

“Borussiya”dan endirim – 20 milyon funt sterlinqlik

Dortmundun  “Borussiya” klubu futbolçusu Ceydon Sançonun qiymətini endirim edib.

Apasport.az saytının məlumatına görə, Almaniya təmsilçisi ingiltərəli yarımmüdafiəçini 88 milyon funt sterlinqə satmağa razıdır.

Bir müddət əvvələdək Sanço üçün 108 milyon istəyən Dortmund klubu 20 milyon güzəştə getməyə məcbur olub. Buna səbəb futbolçunun potensial müştərilərinin transferdən imtinasıdır. İngiltərənin “Mançester Yunayted” klubu da yüksək qiymətə görə Ceydonun keçidindən imtina etmişdi.

Qeyd edək ki, Sanço cari mövsümdə Bundesliqada 3 qol və 7 assistə imza atıb.