
00:38
İngiltərə Premyer Liqası XXII turun “Mançester Yunayted” – “Sauthempton” oyunu ilə bağlı qərarını açıqlayıb.
Apasport.az saytının məlumatına görə, qurum meydan sahiblərinin 9:0 hesabı ilə qalib gəldiyi görüşdə kobud hakim səhvi aşkarlayıb.
Qonaqlara göstərilən iki qırmızı vərəqədən biri ləğv olunub. 86-cı dəqiqədə Yan Bednarekə verilən “qırmızı” düzgün hesab edilməyib və klubun apelyasiyası təmin olunub.
Qeyd edək ki, “Sauthempton”un digər futbolçusu Aleksandr Yantskeviç 2-ci dəqiqədə meydandan qovulub.