00:00 05-02-2021
news_image
407
FUTBOL

Almaniyaya buraxılmır – “Liverpul”

Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində keçirilməli olan “Leypsiq” – “Liverpul” matçı Almaniyada baş tutmayacaq.

Apasport.az saytının məlumatına görə, bunu Almaniya hökumətinin nümayəndələri açıqlayıb.

Buna ölkədəki qadağalar səbəb olub. Koronavirusun mutasiyaya uğramış variantına yoluxmaların olduğu yerlərdən gələnlər fevralın 17-dək Almaniyaya buraxılmır. “Liverpul”a da güzəşt edilməyəcəyi təsdiqlənib.

UEFA Almaniya futbol ittifaqı və hökuməti ilə müzakirələr aparmağı planlaşdırır. Oyunun İngiltərə və ya neytral meydanda baş tutması istisna edilmir.

Qeyd edək ki, “Leypsiq” matçın keçirilməsi üçün başqa variant tapmasa komandaya texniki məğlubiyyət də verilə bilər.