23:27 04-02-2021
news_image
393
FUTBOL

“Tiqres” və “Əl-Əhli”dən qələbə - dünya çempionatında

Qətərdə keçirilən klublararası dünya çempionatı start götürüb.

Apasport.az saytının məlumatına görə, ikinci mərhələnin iki matçı keçirilib.

Meksika təmsilçisi “Tiqres” “Ulsan”la görüşdə əzmkar qələbə ilə yarımfinala yüksəliblər. Şimali amerikalıların növbəti rəqibi fevralın 7-də Braziliya “Palmeyras”ı olacaq. Cənubi koreyalılar isə 5-ci yer uğrunda matçda qüvvəsini sınayacaq.

Ayın 7-də asiyalılar Qətər təmsilçisi “Əl-Duhail”lə üz-üzə gələcək. Meydan sahibləri bugünkü matçda Misir “Əl-Əhli”sinə uduzub. Afrikalılar fevralın 8-dəki ikinci yarımfinalda Almaniya “Bavariya”sı ilə qarşılaşacaq.

Qeyd edək ki, fevralın 1-də keçirilməli olan birinci mərhələnin qarşılaşması Yeni Zelandiya təmsilçisi “Oklend”in turnirə qatılmaması üzündən baş tutmayıb. Texniki qələbə (3:0) qazanan yerli “Əl-Duhail” turu adlayıb.

Klublararası dünya çempionatı
1/4 final
4 fevral
“Tiqres” (Meksika) – “Ulsan” (Cənubi Koreya) – 2:1

Jinyak, 38, 45 (pen.) – Kim, 24
“Əl-Duhail” (Qətər) – “Əl-Əhli” (Misir) – 0:1
Şahat, 30