09:48 05-02-2021
news_image
433
FUTBOL

Ceki Çanın tirdən dönən zərbəsi qol sayıldı - Braziliyada

Braziliya futbolunda maraqlı hadisə baş verib.

Apasport.az saytının məlumatına görə, Regional Verde Kubokunun 1/4 final mərhələsində “Manaus”la “Paysandu” arasında keçirilən görüşdə olmayan qol qeydə alınıb.

71-ci dəqiqədə “Manaus”un futbolçusu Ceki Çanın uzaq məsafədən zərbəsindən sonra top tirdən dönsə də, baş hakim gözlənilmədən mərkəzi göstərib. Qonaq komandanın oyunçuları qərara etiraz etsə də, referi fikrini dəyişməyərək, kobud səhvə yol verib.

Qeyd edək ki, görüş 1:1 hesabı ilə yekunlaşıb.