10:04 05-02-2021
news_image
266
FUTBOL

Fransa klubunu çalışdırmaqdan imtina etdi – daha bir məşhur

Fransanın “Marsel” klubu yeni baş məşqçi tapmaqda çətinliklə üzləşib.

Apasport.az saytının məlumatına görə, Andre Villaş-Boaşın istefasından sonra ona əvəzləyici axtaran Liqa1 təmsilçisinin istədiyi mütəxəssislər Marselin eyniadlı təmsilçisini çalışdırmaqdan imtina edir.

Daha bir tanınmış mütəxəssis fransalılara “yox” deyib. “Real”, “Çelsi” və “Liverpul” kimi klubları çalışdırmış Rafael Benites “Marsel”in təklifini rədd edib.

Klubun idman direktoru Paolo Lonqoriya Beniteslə danışıqlarda maraqlı olsa da, ispaniyalı İngiltərə Premyer Liqasında çalışmağa meylli olduğunu gizlətməyib. Benitesə qədər Maurisio Sarri də “Marsel”in baş məşqçisi olmaq istəməyib.

Qeyd edək ki, 60 yaşlı Benites bu yaxınlarda Çinin “Dalyan Pro” klubundan ayrılıb.