10:08 05-02-2021
news_image
249
FUTBOL

Karyerasında ilk - Mourinyonun

İngiltərə Premyer Liqasının XXII turunda keçirilən “Tottenhem” - “Çelsi” oyunu qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Apasport.az saytının məlumatına görə, bu, birincilərin ardıcıl ikinci ev məğlubiyyəti olub.

Komanda yanvarın 29-da doğma arenasında “Liverpul”a da yenilmişdi (1:3). Baş məşqçi kimi 327-ci ev oyununa çıxan Joze Mourinyo isə karyerasında ilk dəfə ardıcıl iki belə məğlubiyyət acısı yaşayıb. “Tottenhem”in İngiltərə çempionatlarında ardıcıl ev yenilgisi antirekordu 3 oyundur.

Qeyd edək ki, “Tottenhem” Premyer Liqada 33 xalla 8-ci yerədir.