
13:05
Almaniyanın “Bavariya” klubu yarımmüdafiəçisi Camal Musiala ilə yeni müqavilə bağlayacaq.
Apasport.az saytının məlumatına görə, Bundesliqa təmsilçisi İngiltərənin gənclər yığmasının üzvü ilə uzunmüddətli anlaşmanı rəsmiləşdirəcək.
Onunla imzalanacaq müqavilə 2025-ci ilin yayına qədər nəzərdə tutulub. Futbolçu ilə anlaşma fevralın 26-da – Musialanın 18 yaşı olanda rəsmiləşdiriləcək. “Bavariya” rəhbərliyi yaxın müddətdə Camalın milliləşdirilərək Almaniya yığmasına cəlb olunmasını da istəyir.
Qeyd edək ki, Musiala ilə indiki müqavilə 2022-ci ilin yayında başa çatacaq.