10:45 05-02-2021
news_image
1252
TOP OYUNLARI

Onilliyin ən yaxşıları sırasında - Polina Rəhimova

Onilliyin ən yaxşı voleybolçularının siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, 100 ən yaxşının yer aldığı cədvələ həm kişi, həm qadın, həm də çimərlik voleybolu üzrə ulduzlar daxil edilib.

2010-20-ci illərin “100-lüy”ündə Azərbaycan voleybolu da təmsil olunub. Siyahıdakı yeganə voleybolçumuz Polina Rəhimovadır.

Zəngin karyerası ərzində bir sıra klublara çıxış etmiş hücumçu komanda uğurları ilə yanaşı, fərdi rekordları ilə də dünyanın diqqət mərkəzində olub. Bütün bunlar onun 100 ən yaxşı sırasına düşməsində rol oynayıb.

Azərbaycan klublarında legioner həyatı yaşamış voleybolçular da onilliyin ən yaxşıları sırasına düşüb. “İqtisadçı”, “Rabitə” və “Azərreyl”də oynamış tailandlı toppaylayıcı Nutsara Tomkomun da oyunu mütəxəssislərin gözündən yayınmayıb.

“Rabitə”nin iki sabiq voleybolçusu da cədvəldə yer alıb. Bunlar ABŞ-dan olan blokçu Foluke Akinradevo və dominikanlı libero Brenda Kastilyodur.