11:23 05-02-2021
news_image
283
FUTBOL

Millimizə 4 namizəd – ikisi I diviziondan

Milliyə namizəd qapıçılar üçün məşq keçirilib.

Apasport.az saytının məlumatına görə, 21 yaşadək futbolçulardan ibarət yığmamızın qapıçılar üzrə məşqçisi Draqoslav Poleksiç qolkiperlərə bir günlük məşq keçib.

Hazırlıq prosesi Mərdəkan qəsəbəsində yerləşən Milli Komandaların Məşq Mərkəzində təşkil olunub. Məşqdə Ayxan Arazlı (“Qarabağ”), Yusif İmanov (“Sabah”), həmçinin I divizionda çıxış edən Elməddin Sultanov (“Kəpəz”) və Vüsal Şabanov (“Zaqatala”) iştirak edib. Məşqin məqsədi millimizə potensial namizəd qapıçıların hazırlıq səviyyəsini yoxlamaq olub.