
00:07
İtaliyanın “İnter” klubu İvan Perişiçi satmağa qərar verib.
Apasport.az saytının məlumatına görə, Milan təmsilçisi 32 yaşlı yarımmüdafiəçini yay transfer dövründə satmağı planlaşdırır.
Qeyri-sabit çıxış edən xorvatiyalının yüksək maaşı “neradzurra”nı daha çox narahat edir. Balkanlının ildə 5 milyon avro qazanması “İnter”in ürəyincə deyil.
Futbolçunun müqaviləsi 2022-ci ilin yayında başa çatacaq. Klub rəhbərliyi onu yayda endirimlə 10 milyon avroya da satmağa razıdır. Hərçənd cəmi yarım il əvvəl Milan təmsilçisi bunun ikiqatını istəyirdi.
Qeyd edək ki, Perişiç 2015-ci ildə “Volfsburq”dan “İnter”ə keçib.