13:02 05-02-2021
news_image
370
FUTBOL

“İnter”i satmadı – 750 milyona

İtaliya “İnter”inin rəhbərliyi klubu 750 milyon avroya satmaqdan imtina edib.

Apasport.az saytının məlumatına görə, İngiltərənin “BC Partners” fondu Milan təmsilçisini almaq üçün hazırkı sahiblərinə təklif göndərib.

Səhmlərin nəzarət paketinə yiyələnmək istəyən britaniyalılar qısamüddətli borcların ödənməsi üçün əlavə 200 milyon da verməyə hazır olub. Lakin Stiven Çjan bu şərtlərlə razılaşmayıb.

Qeyd edək ki, “Suninq” şirkəti klubun səhmlərinin yalnız cüzi hissəsini satmağa hazırdır.