13:06 05-02-2021
news_image
500
FUTBOL

Cüneyt Çakıra tapşırıldı – “Fənərbaxça” - “Qalatasaray” oyunu

Türkiyə Super Liqasında XXIV turun oyunlarının hakim təyinatları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, “Fənərbaxça” ilə “Qalatasaray” arasında keçiriləcək matçın referisi də müəyyənləşib.

Türkiyə Futbol Federasiyası əzəli rəqiblərin “Fənərbaxça”nın stadionundakı İstanbul derbisini ölkənin ən tanınmış hakimi olan Cüneyt Çakıra həvalə edib.

Qeyd edək ki, fevralın 6-da keçiriləcək “Fənərbaxça” – “Qalatasaray” matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.