13:52 05-02-2021
news_image
447
FUTBOL

“Ayaks”ın hücumçusuna göz dikdi – Bundesliqa klubu

Almaniyanın “Leypsiq” klubu heyətinə yeni hücumçu qatmağa hazırlaşır.

Apasport.az saytının məlumatına görə, Bundesliqa təmsilçisi Niderlandın “Ayaks” klubunun forvardı Brayan Brobbinin keçidində maraqlıdır.

19 yaşlı forvard Amsterdam təmsilçisi ilə müqaviləni uzatmaqdan imtina edib. Anlaşması yayda başa çatacaq Brobbi Leypsiqin eyniadlı təmsilçisinə azad agent kimi keçmək niyyətindədir.

Qeyd edək ki, Bundesliqa klubu hücumçusu Xvan Xi-Çan komandadan ayrılmaq istədiyindən ona əvəzləyici axtarır.