14:16 05-02-2021
news_image
972
FUTBOL

Məşqçilik karyerasını bitirib? – Ağasəlim Mircavadov

“Güc, ağıl varsa, niyə də işləməyək? Uzun müddət baş məşqçilikdən kənarda qalsam da, həmişə hazıram”.

Bunu apasport.az saytına AFFA Məşqçilər Komitəsinin üzvü, veteran mütəxəssis Ağasəlim Mircavadov deyib.

Azərbaycan millisinə, “Neftçi”, “Qarabağ”, “Xəzər Lənkəran” kimi klublara rəhbərlik etmiş Mircavadov bildirib ki, yaşlı məşqçilər ölkə futboluna daha çox xeyir verə bilərlər: “Hazırda vəziyyət bir qədər fərqlidir, gənc məşqçilərə üstünlük verilir. Deyirlər ki, indi müasir futbol oynanılır. Məgər indi 12 nəfərlə oynayırlar, ofsayd, künc zərbəsi yoxdur, yoxsa məşq prosesi başqadır? Mən bunu qəbul edə bilmirəm. Yaşlı məşqçiləri itirməklə cavanlarımızı da köməksiz qoyduq. Amma elə yaşlı məşqçilər var ki, indi də yüksək səviyyədə işləyə bilər”.

Axırıncı dəfə 10 il əvvəl – 2011-ci ildə baş məşqçi kimi fəaliyyət göstərmiş 73 yaşlı mütəxəssis son təklifi iki il əvvəl aldığını söyləyib: “İki il əvvəl yerli klublardan birindən təklif almışdım. Razılıq vermişdim də. Ancaq nəsə alınmadı. Klubun adını çəkmək istəmirəm. Təklif olarsa, yenə baş məşqçi kimi ölkə futboluna xidmət etməyə daim hazıram”.