15:04 05-02-2021
news_image
431
FUTBOL

“Ayaks”ın səhvini bağışlamadı – UEFA

Niderlandın “Ayaks” klubu tarixinin ən bahalı transferi olan Sebastian Hallerin xidmətindən məhrum qalıb.

Apasport.az saytının məlumatına görə, Amsterdam təmsilçisi “Vest Hem”dən yenicə 22,5 milyon avroya transfer etdiyi 27 yaşlı hücumçunu bu mövsüm Avropa Liqasında oynada bilməyəcək.

Fevralın 2-də iştirak ərizəsini UEFA-ya təqdim edərkən Fil Dişi Sahili millisinin üzvünün adını yaddan çıxaran klub səhvini düzəltmək üçün yenidən müraciət edib. Lakin qitə futbol qurumu bu istəyi rədd edərək, futbolçunun mövsümün sonuna qədər avrokuboklarda iştirakına qadağa qoyub.

Qeyd edək ki, “Ayaks” Avropa Liqasının 1/16 finalında Fransa klubu “Lill” ilə qarşılaşacaq. Bu mərhələnin oyunları fevralın 18-də və 25-də keçiriləcək.