16:00 05-02-2021
news_image
386
FUTBOL

Sevgilisindən ayrıldı - Boatenq

Almaniyanın “Bavariya” klubunun müdafiəçisi Jerom Boatenq sevgilisi Kasia Lenhardtdan ayrılıb.

Apasport.az saytının məlumatına görə, buna səbəb gözəl modelin ulduz futbolçunu şantaj etməsi və spirtli içki içməsi olub.

Boatenq bildirib ki, Lenhardt onun avtomobilini içkili vəziyyətdə idarə edib və küçədə bir dirəyə çırpıb: “Bu hadisədən sonra onunla ayrılmaq qərarına gəldim. Kasia mənim keçmiş sevgilim Rebekka və ailəmlə münasibətlərimi pozdu. Üstəlik, məni şantaj etməyə başladı. Bu səbəbdən belə qərara gəldim”.

Qeyd edək ki, Jerom Boatenqlə Kasia Lenhardt 15 ay birlikdə yaşayıb.